Modern.az

Regionlarda şəhid ailələrinə ev verilmir? – Nazirdən açıqlama

Regionlarda şəhid ailələrinə ev verilmir? – Nazirdən açıqlama

Aktual

11 Noyabr 2022, 16:57

“Regionlarda şəhid ailələrinə ev verilməməsi fikri doğru deyil. İndiyədək 4000 evin 1000-i regionlarda verilib”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazir bildirib ki, növbəti ay regionlarda şəhid ailələrinə 170 mənzil təqdim olunacaq.

 

Onun sözlərinə görə, Bakı və Sumqayıtda şəhid ailələrinə verilən evlərin sayı daha çoxdur: “Burada yaşayan şəhid ailələrinin sayı da çoxdur. Ona görə rəqəmlərdə fərq ortaya çıxır”.

 

Qeyd edək ki, komitələrin birgə iclasında deputatlar regionlarda şəhid ailələrinə ev verilməməsindən şikayətləniblər.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır