Modern.az

İstanbuldakı terrorda ölən və yaralananlar arasında azərbaycanlılar var?

İstanbuldakı terrorda ölən və yaralananlar arasında azərbaycanlılar var?

Aktual

14 Noyabr 2022, 12:30

Noyabrın 13-də İstanbulun İstiqlal küçəsində, Taksim meydanında baş verən partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

 

Bu barədə Modern.az-a Azərbaycanın İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

 

“İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb. Xəsarət alanların 50 nəfəri ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanalarda müalicə alan 31 yaralı var. Onlardan 8-i xarici vətəndaşlardır. Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur”, - rəsmi məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?