Modern.az

Türk dövlətlərinə ÇAĞIRIŞ - Siz də mövqeyinizi bildirin!

Türk dövlətlərinə ÇAĞIRIŞ - Siz də mövqeyinizi bildirin!

Aktual

16 Noyabr 2022, 15:56

“Fransanın hədəfində Azərbaycan ilə yanaşı, Türk dövlətləri də var”.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

 

“Buradan Türk dövlətlərinə səslənirəm. Biz qətnaməni oxuyanda görürük ki, orada Azərbaycanla bərabər, Türk dövlətləri də hədəf alınıb. Ona görə də Türk dövlətləri öz mövqeyini bildirməli, Azərbayca ilə bir olduğunu göstərməlidir. Biz bilirik ki, Fransanın növbəti hədəfi müsəlmanlardır. Müsəlman ölkələri Fransaya qarşı Azərbaycanın yanında olmalıdır”, - deputat çıxışında deyib.

 

Qeyd edək ki, ötən gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?