Modern.az

“İşsizlər üçün də maliyyə ayrılmalıdır” - Vahid Əhmədov

“İşsizlər üçün də maliyyə ayrılmalıdır” - Vahid Əhmədov

Aktual

17 Noyabr 2022, 12:42

Dünyada ərzaq qıtlığının olması təbii ki, bilinən və gözləniləndir. Azərbaycan da burada istisna deyil.

 

Modern.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 

Deputat bildirib ki, bununla əlaqədar olaraq ölkədə kənd təsərrüfatına xüsusi diqqət yetirilməlidir.

 

"Təklif edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq gücləndirilsin. İki qurum arasında əməkdaşlıq müqaviləsi bağlanılsın. Bununla da kənd təsərrüfatında çalışanların maliyyə problemi həll olunar".

 

V.Əhmədov həmçinin qeyd edib ki, orta əmək haqlarının artırılması vacib məsələdir: "Çünki ölkədə və dünyada baş verən bahalaşma göz qabağındadır. Eyni zamanda, büdcədən işləməyən və ya ödəniş almayan şəxslər üçün maliyyə ayrılmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?