Modern.az

“80 manat heç kommunal xərcləri ödəmir” – Siyavuş Novruzov

“80 manat heç kommunal xərcləri ödəmir” – Siyavuş Novruzov

Aktual

17 Noyabr 2022, 18:09

“Müharibə veteranlarının müavinətləri artırılmalıdır. Bu gün qalxan qiymətlərlə 80 manat uyğunlaşmır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

 

Deputatın sözlərinə görə, bu vəsait müharibə veteranlarının nəqliyyat və kommunal xərclərini ödəmir.

 

“Digər tərəfdən ünvanlı sosial yardımın prinsipləri dəyişməlidir. Həmçinin pensiyaya çıxmaq üçün yaş həddi azaldılmalıdır".

 

Bundan əlavə, S.Novruzov qeyd edib ki, müharibə iştirakçıları fərqli adlandırılır: “Qazi, müharibə iştirakçısı, müharibə veteranı. Bunların vahid adı olmalıdır. Qanunla müəyyənləşdirmək lazımdırsa, bunu edək. Müharibə iştirakçılarına qazi deyirlər. Bu, düzgün deyil. Bunun forması olmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?