Modern.az

Türkiyə Suriyada quru əməliyyatlarına BAŞLAYIR

Türkiyə Suriyada quru əməliyyatlarına BAŞLAYIR

Aktual

21 Noyabr 2022, 12:08

Türkiyə Silahlı Qüvvələri Suriyada hava əməliyyatından sonra quru əməliyyatlarına başlaya bilər.  

 

Modern.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti Türkiyə hökumət dairələrinə yaxın mənbələrə istinadən yazıb.

 

"Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hava əməliyyatı mümkün quru əməliyyatının ilk addımı hesab olunur”,- qəzet bildirib. 

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı keçirdiyini və 89 hədəfin məhv edildiyini açıqlayıb. Ölkə daxilində 6 fərqli bazadan havaya qalxan təyyarələrin Suriya və Şimali İraqdakı hədəflərə qarşı eyni vaxtda əməliyyat keçirdiyi bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?