Modern.az

Nazir müavini komitə sədrinin təklifinə münasibət bildirdi

Nazir müavini komitə sədrinin təklifinə münasibət bildirdi

Aktual

22 Noyabr 2022, 15:30

"Azərbaycanda dövlət büdcəsi ilə bağlı təqvim ilinin aprelin 1-də başlaması və martın 31-də başa çatması təklifi effektiv deyil".

 

Modern.az xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

 

“İlin əvvəlində onsuz da bizim o qədər xərclərimiz yoxdur. Əsasən xərclərimiz mart ayından sonra başlayır. Bu da həmin aylara gəlib çatır. Ona görə də təklif olunan üsulun ölkəmizdə tətbiqi ilə effektiv nəticə əldə edə bilməyəcəyimizi düşünürəm. Bu, daha çox böyük ölkələrin təcrübəsində var, bizim ölkədə tətbiqi uğurlu deyil”.

 

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə ilinin vaxtının dəyişdirilməsini təklif edib.

 

"Uzun illərdir ki, büdcənin gəlir və xərclərinin icrası, xərclərin böyük hissəsinin ilin IV rübünə təsadüf etməsi, ilin sonuna layihələrin maliyyələşməsinin başa çatması zərurəti, bəzi dövlət orqanlarında, məsələn, təhsil sektorunda fəaliyyətin sentyabr ayında başlaması, ilin I rübündə iqtisadi aktivliyin aşağı olması, bunun obyektiv yoxsa subyektiv səbəblərdən qaynaqlandığı daim müzakirə mövzusudur", - deyə komitə sədri təklifini belə əsaslandırıb. 

 

Onun sözlərinə görə, dövlət büdcəsi ilə bağlı təqvim ilinin aprelin 1-də başlaması və martın 31-də başa çatması məqsədəuyğun olardı.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?