“Bu gün iqtidar siyasi partiyaların ictimai-siyasi rolunun artmasında maraqlıdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib.
“Azərbaycan dövləti bu istiqamətdə işlər görür. Siyasi partiyaların rolu günü-gündən artır. Bəzi deputatların çıxışı ilə razı deyiləm, az müddətdə 18 maddədə 45 düzəliş edilib. 30 il də isə düzəliş rəqəmi 70 olub, görün, nə qədər fərq var. Hələ bunun ikinici, üçüncü oxunuşu, plenar iclası var, yenə düzəlişlər ola bilər. Eyni zamanda, ölkədə 50-dən çox partiya olsa da, çoxpartiyalı sistemlə bağlı boşluqlar var. Ölkədə çoxpartiyalıq hələ oturuşmayıb”, - deyə komitə sədri vurğulayıb.
Qeyd edək ki, bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin yeni variantı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunur.