Modern.az

İranda edam olunanların dəhşətli STATİSTİKASI

İranda edam olunanların dəhşətli STATİSTİKASI

Aktual

24 Noyabr 2022, 17:52

İranda cari ilin sentyabr ayınadək 400-dən çox adam edam olunub. Son 5 ildə ilk dəfədir ki, bu ölkədə edam edilənlərin sayı 400 nəfəri ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk bildirib.

 

Onun sözlərinə görə, İranda 2020-ci ildə 276 nəfər, 2021-ci ildə isə 330 nəfər edam edilib.


F.Türk qeyd edib ki, hazırda 85 uşaq edam hökmünün icrasını gözləyir. İl ərzində iki azyaşlı edam edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada