Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək.
Modern.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.
O, bildirib ki, 2027-ci ildə Azərbaycan birlikdə həmsədr olacaq, 2028-ci ildə isə ilk dəfə təşkilata sədrlik edəcək.
Lebedevin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin 2029-cu ildə MDB-yə sədrlik etməyə hazır olduğunu bəyan edib.