Modern.az

10 nəfər yanaraq ÖLDÜ

10 nəfər yanaraq ÖLDÜ

Aktual

25 Noyabr 2022, 08:42

Çinin Sincan Uyğur Muxtar rayonunun paytaxtı Urumçi şəhərində yaşayış binasında güclü yanğın olub. Hadisə nəticəsində 10 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə noyabrın 24-ü axşam saatlarında Urumçinin Tyanşan rayonunda baş verib.

 

Hadisə yerinə gələn yanğınsöndürənlər 3 saat sonra yanğını nəzarət altına ala biliblər. Bütün səylərə baxmayaraq, 10 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin məlumata əsasən, yanğında xəsarət alan 9 nəfərin vəziyyəti kafi qiymətləndirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?