Modern.az

Mer iş otağında GÜLLƏLƏNDİ

Mer iş otağında GÜLLƏLƏNDİ

Aktual

25 Noyabr 2022, 08:54

Braziliyanın Lajeadu-du-Buqre şəhərinin meri Roberto Masiel duş Santuş iş yerində güllələnib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzeti məlumat yayıb.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli vaxtla saat 11:00 radələrində maskalı şəxs məmurun ofisinə daxil olaraq, ona atəş açıb. Cinayətkar daha sonra hadisə yerindən uzaqlaşıb. 

 

Mer yerindəcə keçinib, güllə yarası alan daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, Roberto Masiel duş Santuş 2020-ci ildə mer seçilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?