Modern.az

Quyudan meyit tapıldı

Quyudan meyit tapıldı

Aktual

25 Noyabr 2022, 22:44

Samux rayonunun Çobanabdallı kəndində dərinliyi təqribən 2 metr olan quyudan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!