Modern.az

İngiltərə millisi ABŞ-la bacarmadı - YENİLƏNİB

İngiltərə millisi ABŞ-la bacarmadı - YENİLƏNİB

Aktual

26 Noyabr 2022, 00:54

İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda qalib müəyyənləşməyib.

 

Modern.az xəbər verir ki, görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

 

Qeyd edəki, iki turdan sonra britaniyalılar 4 xalla qrupa başçılıq edir. 3 xalı olan İran yığması ikincidir. ABŞ 2 xalla 3-cü, Uels isə 1 xalla sonuncudur.

 

B qrupunda son turun görüşləri noyabrın 29-da baş tutacaq. İngiltərə Uelslə, ABŞ isə İranla üz-üzə gələcək.

 

***

Dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

***

22:51

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda üz-üzə gələcək İngiltərə və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

 

İngiltərə: Cordan Pikford (k), Kiran Tripyer, Con Stounz, Harri Maquayr, Lyuk Şou, Deklan Rays, Cud Bellingem, Bukayo Saka, Meyson Maunt, Rahim Sterlinq, Harri Keyn (k)

 

ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams (k), Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Haci Rayt

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?