Modern.az

Kadırov Putinlə selfi çəkdirdi - FOTO

Kadırov Putinlə selfi çəkdirdi - FOTO

Aktual

26 Noyabr 2022, 08:46

Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Teleqram kanalında Rusiya prezidenti Vladimir Putinlə çəkdirdiyi fotonu dərc edib.


Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kadırovun dediyi kimi, prezidentlə görüşdə çeçen bölmələrinin Ukraynada xüsusi əməliyyatda iştirakını müzakirə ediblər.
 

Onun sözlərinə görə, Putinə Rusiya Müdafiə Nazirliyinin və Milli Qvardiyanın Çeçenistandakı yeni bölmələrinin təcrübəsi olan döyüşçülərlə uğurlu komplektləşdirilməsi barədə danışıb. Bundan əlavə, o, bölmələrin, texnikanın, taktiki imkanların təchizatı barədə baş komandana məruzə edib.
 

“Dialoq zamanı Vladimir Vladimiroviç döyüşçülərimizin cəbhə xəttində əldə etdiyi nailiyyətləri, onların döyüş ruhu və təcrübəsini və könüllülərin hazırlanmasını qeyd edib”, - Çeçenistan rəhbəri yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?