Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatı Gevorq Papoyanın maşını Dilicanda qəzaya uğrayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. İrəvan sakini, 34 yaşlı Robert K. “Toyota Camry” markalı avtomobillə yoldan çıxaraq ağaca çırpılıb. Avtomobilin sərnişini 34 yaşlı sərnişini A. T. bədən xəsarətləri ilə Dilican tibb məntəqəsinə yerləşdirilib.
Məlumata görə, avtomobil parlamentin büdcə məsələləri üzrə komissiyasına rəhbərlik edən Papoyanın adına rəsmiləşdirilib. O, qəza zamanı avtomobildə olub, lakin xəsarət almayıb.
Hadisə yerində aparılan alkoqol testi sürücünün ayıq vəziyyətdə olduğunu göstərib.