Modern.az

"Açıq mikrofon" aksiyası davam edəcək

Aktual

26 Noyabr 2022, 15:40

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi gələn həftə 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək.

 

Bu barədə Modern.az-a "Azəriqaz" İB-dən bildirilib.

 

Məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-a qədər Zaqatala rayonunda (Mədəniyyət Mərkəzinin qarşısında), 2-ci günü saat 14:00-dan 15:00-a qədər Oğuz rayonunda (Zərifə Əliyeva Parkında), 3-cü günü saat 11:00-dan 12:00-a qədər Qəbələ rayonunda (Zərifə Əliyeva Parkında), 5-ci günü saat 11:00-dan 12:00-a qədər isə Şəki şəhərində (Mirzə Fətəli Axundov Parkında) baş tutacaq.

 

Vətəndaşlar aksiyaların imkanlarından istifadə edərək problem və təkliflərini ifadə edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır