Modern.az

Fələstində Təmsilçilik Ofisimiz açılır

Fələstində Təmsilçilik Ofisimiz açılır

Aktual

26 Noyabr 2022, 16:08

Prezident İlham Əliyev Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.

 

Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!