Modern.az

Nayrobidə Daimi Nümayəndəlik təsis edilir

Nayrobidə Daimi Nümayəndəlik təsis edilir

Aktual

26 Noyabr 2022, 16:29

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.

 

Modern.az xəbər verir ki, bununla da Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyi təsis edilib.

 

Dövlət başçısı eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

 

1.1. Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;

 

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!