Modern.az

Polşa Səudiyyəni məğlub etdi - YENİLƏNİB

Polşa Səudiyyəni məğlub etdi - YENİLƏNİB

Aktual

26 Noyabr 2022, 19:05

Futbol üzrə dünya çempionatında Polşa milli komandası ilk qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, Polşa kollektivi C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib.

 

Bu qələbədən sonra xallarını 4-ə çatdıran Polşa millisi hələlik liderliyə yüksəlib. 3 xalı olan Səudiyyə Ərəbistanı 2-ci pillədə qərarlaşıb. Meksika 1 xalla 3-cü, xalı olmayan Argentina isə sonuncudur.

 

C qrupunda II turun digər oyunu bu gün Argentina və Meksika komandaları arasında olacaq.

 

 

***

17:12

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da start götürən qarşılaşmada komandalar meydana aşağıdakı "11-liklər"lə çıxıblar:

 

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Arkadiuş Milik, Pyotr Zelinski.

 

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Abdulela Əl-Malki, Sami Əl-Naci, Saleh Əl-Şəhri, Məhəmməd Kanno.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?