Macarıstan prezidenti Katalin Novak noyabrın 26-da Kiyevə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə siyasətçi özünün “Tvitter” səhifəsində yazıb.
O, Zelenski, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak və Litva, Belçika, Polşa, Ukraynanın baş nazirləri ilə görüşünün fotosunu yerləşdirərək, “Ukrayna prezidentinin dəvəti ilə Kiyevdəyəm” yazıb.
Noyabrın 26-da Belçikanın baş naziri Aleksandr de Kroon, Polşanın baş naziri Mateuş Moravetski, Litvanın baş naziri İnqrida Simonite də Kiyevə gəlib.