Modern.az

Messi qol vurdu, Argentina qalib gəldi - YENİLƏNİB

Messi qol vurdu, Argentina qalib gəldi - YENİLƏNİB

Aktual

27 Noyabr 2022, 00:58

Dünya çempionatında II turun oyunları davam edir.

 

Modern.az xəbər verir ki, günün son matçında C qrupunda yer alan Argentina və Meksika yığmaları üz-üzə gəliblər. Görüş Argentina yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Argentina - Meksika - 2:0 

 

Qol: Lionel Messi, 64, Enzo Fernandez, 87

Baş hakim: Daniele Orsato (İtaliya)

 

 

***

Argentina və Meksika yığmaları arasında keçirilən görüşdə hesab dəyişib.

 

Modern.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində Lionel Messi baxımlı qola imza ataraq, komandasını önə çıxarıb. 

 

Gərgin idman mübarizəsi şəraitində keçən görüşün 87-ci dəqiqəsində Argentina yığması hesab arasında fərqi artırıb - 2:0

 

***

 

Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb. 

 

***

Dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Argentina və Meksika yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

 

Argentina: Dibu Martínez, Montiel, Lisandro Martínez, Otamendi, Akunya, De Paul, Quido Rodrigez, MekAllister, Anxel Di Mariyaa, Lautaro Martinez, Lionel Messi.

 

Meksika: Oçoa, Arauxo, Montes, Moreno, Alvarez, Herrera, Quardado, Çavez, Qalyardo, Lozano, Veqa

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?