Modern.az

Bakıda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

Bakıda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

Aktual

27 Noyabr 2022, 09:22

Bakıda yaşayış binasında yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirlyi məlumat yayıb.

 

Bildirilib ki, paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə 1 ədəd kreslo, 1 ədəd ütü və lambirdən ibarət tavan 5 m² sahədə yanıb.

 

Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?