Modern.az

Günün oyunları: İspaniya Almaniyaya qarşı

Günün oyunları: İspaniya Almaniyaya qarşı

Aktual

27 Noyabr 2022, 09:42

Bu gün futbol üzrə dünya çempionatının qrup mərhələsində II turun daha 4 oyunu keçiriləcək.

 

Modern.az xəbər verir ki, günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olacaq.

 

Qrupun digər görüşündə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə qarşılaşacaq. 

 

F qrupunda isə Belçika Mərakeşi, Xorvatiya Kanadanı sınağa çəkəcək.

 

E qrupu

 

14:00. Yaponiya - Kosta Rika

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Əhməd İbn Əli" stadionu

 

23:00. İspaniya - Almaniya

Baş hakim: Denni Makkelli (Niderland)

"Əl Bayt" stadionu

Xal durumu: İspaniya - 3, Yaponiya - 3, Almaniya - 0, Kosta Rika - 0

 

F qrupu

 

17:00. Belçika - Mərakeş

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

"Al Tumama" stadionu

 

20:00. Xorvatiya - Kanada

Baş hakim: Andres Matonte (Uruqvay)

"Xəlifə" stadionu

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?