Modern.az

Türkiyədə seçkiöncəsi SORĞU – Xalq kimi prezident görür...

Türkiyədə seçkiöncəsi SORĞU – Xalq kimi prezident görür...

Aktual

27 Noyabr 2022, 10:36

Bu ilin oktyabr ayında Türkiyənin böyük araşdırma kampaniyaları tərəfindən aparılan 14 seçki sorğusunun nəticəsi açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Məlumata görə, əhali arasında aparılan sorğuda hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasından (MHP) ibarət "Cümhur İttifaqı"nın səs nisbəti 40 faiz, ana müxalifətdə təmsil olunan Cümhuriyyət Xalq Partiyası (CHP) daxil olmaqla 6 partiyanın birləşdiyi "Millət İttifaqı"nın səs nisbəti 39,9 faiz olub.

 

Etnik kürtlərin partiyası HDP 10% səs toplayıb. 

 

Digər sorğunun nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi AK Partiya 32,6%, CHP isə 26,6% səslə ikinci yeri tutub. 

 

Qeyd edək ki, Türkiyə növbəti prezident seçkilərinə hazırlaşır. 2023-cü il iyunun 18-də baş tutacaq prezident seçkilərində iqtidar düşərgəsinin namizədi bəllidir. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dönəmdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qoşulacaq. 

 

Ərdoğan prezident seçkilərinə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”nın vahid namizədi kimi qatılacaq. İqtidardan fərqli olaraq müxalifət cəbhəsi hələ də Ərdoğana qarşı dura biləcək namizədini müəyyən edə bilməyib, hazırda narazı elita arasında qeyri-müəyyən vəziyyət hökm sürür.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?