Modern.az

Şahdağa qar yağdı - FAKTİKİ HAVA 

Şahdağa qar yağdı - FAKTİKİ HAVA 

Aktual

27 Noyabr 2022, 11:29

Noyabrın 27-nə olan məlumata əsasən, Azərbaycanda hava şəraiti qeyri-sabit olub, yağıntılı keçib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

 

Yağış Balakəndə 10.0 mm, Şahbuz, Ağdərədə 9.0 mm, Qaxda 8.0 mm, Şəmkirdə 6.0 mm, Şərurda 5.0 mm, Zaqatala, Naxçıvan, Culfada 4.0 mm, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, imişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3.0 mm-dək olub.

 

Gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?