Modern.az

Lavrovun Minsk səfəri təxirə salındı

Lavrovun Minsk səfəri təxirə salındı

Aktual

27 Noyabr 2022, 13:51

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 27-28 noyabr tarixlərində Belarus paytaxtı Minskə planlaşdırılan işgüzar səfəri təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Lavrovun Minskə səfərinin Belarus XİN başçısı Vladimir Makeyin ölümü ilə əlaqədar təxirə salındığı bildirilib.

 

Qeyd edək ki, Vladimir Makey noyabrın 26-da qəflətən vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?