Bu günlərdə jurnalist Könül Siyavuşqızının qız övladının toy məclisi olub.
Modern.az xəbər verir ki, toyda korifey sənətkar Flora Kərimova, xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları öz ürək sözlərini deyib, məclisə xüsusi rəng qatıblar.
Əməkdar artistlər Zaur Əmiraslanov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, tanınmış müğənnilər - Fuad Musayev, Emil Bədəlov, Vüsal Hacıyev və başqaları gözəl mahnı nümunələrilə qonaqlar qarşısında çıxış ediblər.
Gecəni tanınmIş müğənni, aparıcı, Nicat Cəfərzadə idarə edib.
Gənc ailəyə - Çingiz və Çinarəyə xoşbəxtlik, bir ömür firavan yaşamağı arzulayırıq.