Modern.az

DÇ-2022: Mərakeş sensasiyaya imza atdı

DÇ-2022: Mərakeş sensasiyaya imza atdı

Aktual

27 Noyabr 2022, 18:55

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

 

Modern.az-ın məlumatına görə, günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər. 

 

Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamin Sabiri, 90+2-ci dəqiqədə isə Zakaria Aboukhlal fərqlənib. 

 

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?