Modern.az

Narkotikə görə 80 əcnəbi SAXLANILIB

Narkotikə görə 80 əcnəbi SAXLANILIB

Aktual

28 Noyabr 2022, 11:30

Bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 80 əcnəbi saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr aylarının yekununa dair hesabatda bildirilib.

 

Rəsmi məlumata görə, məsuliyyətə cəlb edilmiş 80 xarici ölkə vətəndaşından 37-si İran, 9-u Gürcüstan, 11-i Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 16-sı Rusiya vətəndaşı olub.

 

Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 711,593 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!