Modern.az

İranda telekanal əməkdaşı həbs edilib

İranda telekanal əməkdaşı həbs edilib

Aktual

28 Noyabr 2022, 11:26

"İran İnternational" televiziya kanalının İrandakı nümayəndələrindən biri həbs edilib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, bunu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) mətbuat xidməti öz açıqlamasında bildirib.

 

Açıqlamada bildirilir ki, İran Təhlükəsizlik Nazirliyinin əməkdaşları İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində "İran İnternational" telekanalının şəbəkə rəhbərini həbs etmək üçün əməliyyat keçirib.

 

O, şəhərdə baş verən etirazlardan sonra həbs edilib.

 

Həbs olunan şəxsin kimliyi ilə bağlı açıqlama verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!