Modern.az

Azad edilən ərazilərdə daha 12 mina aşkarlandı

Azad edilən ərazilərdə daha 12 mina aşkarlandı

Aktual

28 Noyabr 2022, 12:36

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 248 partlamamış hərbi sursat aşkarlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, noyabrın 21-dən 26-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 248 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 321 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?