Modern.az

5 marşrut xətti müsabiqəyə çıxarılır

5 marşrut xətti müsabiqəyə çıxarılır

Aktual

28 Noyabr 2022, 16:08

5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.


Modern.az xəbər verir ki, daxil olan vətəndaş müraciətləri əsasında 15, 147, 185, 186 və 213  nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb.

 

Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.


Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.


Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?