Modern.az

ÜST meymunçiçəyinin yeni adını təsdiqlədi

ÜST meymunçiçəyinin yeni adını təsdiqlədi

Aktual

28 Noyabr 2022, 17:08

Meymunçiçəyi xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi sənədlərində "mpoks" adlandırılacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə ÜST-dən bildirilib.

 

Qeyd olunub ki, bu adla yanaşı, növbəti il ərzində meymunçiçəyi adı bərabər formada işlənəcək. Daha sonra "mpoks" adı tam şəkildə qüvvəyə minəcək. Bu ad xəstəliyin ingiliscə "monkeypox" adının qısaldılmış variantıdır.

 

Bu günədək dünyanın 110 ölkəsində 80 mindən çox şəxs meymunçiçəyinə yoluxub, 53 nəfər vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!