Modern.az

Portuqaliya millisi 1/8 finalda - YENİLƏNİB

Portuqaliya millisi 1/8 finalda - YENİLƏNİB

Aktual

29 Noyabr 2022, 01:00

Dünya çempionatının favoritlərindən sayılan Portuqaliya millisi Uruqvay yığmasını sınağa çəkib.

 

Modern.az xəbər verir ki, komandalar H qrupunun II tur oyununda üz-üzə gəliblər. Maraqlı anlarla yadda qalan görüş Portuqaliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Portuqaliya - Uruqvay - 2:0 

Qol: Bruno Fernandeş, 54, 90+3

 

Fernandu Santuşun başçılıq etdiyi kollektiv bu qələbə sayəsində dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

 

Qeyd edək ki, daha əvvəl Fransa və Braziliya vaxtından əvvəl qrupdan çıxmağı rəsmiləşdirib.

 

***

 

Komandalar meydana aşağıdakı heyətlərlə çıxıblar:

 

Portuqaliya: Dioqu Koşta, Pepe, Nunu Mendeş, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Vilyam Karvalyu, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Kriştianu Ronaldu

 

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Xose Mariya Ximenes, Dieqo Qodin, Matias Oliveyra, Sebastyan Koates, Darvin Nunyes, Edinson Kavani, Federiko Valverde, Matias Vesino

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!