Modern.az

İran ABŞ-a qarşı - Turun son oyunları başlayır

İran ABŞ-a qarşı - Turun son oyunları başlayır

Aktual

29 Noyabr 2022, 08:00

Bu gün Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu - 3-cü tura start veriləcək.

 

Modern.az-ın məlumatına görə, ilk olaraq A və B qruplarında mübarizə aparılacaq.

 

A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşacaq. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edəcək. Ev sahiblərinin isə artıq qrupda qalması rəsmiləşib.

 

B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşacaq. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı davam edir.

 

DÇ-2022

Qrup mərhələsi, III tur

29 noyabr

 

A qrupu

 

19:00. Ekvador - Seneqal

Baş hakim: Kleman Türpen (Fransa)

"Xəlifə" stadionu

 

19:00. Niderland - Qətər

Baş hakim: Bakari Qassama (Qambiya)

"Əl Beyt" stadionu

 

23:00. İran - ABŞ

Baş hakim: Migel Mateu Laos (İspaniya)

"Al Tumama" stadionu

 

23:00. Uels - İngiltərə

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

"Əhməd ibn Əli" stadionu

 

Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?