Modern.az

İmişlidə 61 yaşlı narkoman tutuldu

İmişlidə 61 yaşlı narkoman tutuldu

Aktual

29 Noyabr 2022, 08:50

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini, 61 yaşlı Tahir Bəşirov saxlanılıb.


Həmin şəxsdən kibrit qutularında və kağız bükümlərdə qablaşdırılmış ümumi çəkisi 30 qram olan marixuana, bir ədəd revolver tipli tapança və 37 ədəd patron aşkarlanıb.


Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?