Modern.az

Dünyada “iPhone” qıtlığı gözlənilir

Dünyada “iPhone” qıtlığı gözlənilir

Aktual

29 Noyabr 2022, 09:08

Çində COVID-19-la bağlı məhdudiyyətlər və Çjençjou şəhərindəki dünyanın ən böyük “iPhone” fabriki olan “Foxconn Technology Group”un müəssisəsində etirazlar səbəbindən ilin sonunadək smartfon istehsalında azalma proqnozlaşdırılır.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Foxconn Technology Group”un işçilərinin bir hissəsi iğtişaşlar səbəbindən müəssisəni tərk edib. 

 

Ona görə də şirkət ayın sonuna kimi tam həcmdə istehsalı bərpa edə bilməyəcək. İğtişaşlardan əvvəl zavod gündəlik 500 min ədəd “iPhone” istehsal edirdi ki, bu da ildə təxminən 182 milyon ədəd deməkdir.

 

Bir müddət əvvəl isə “Foxconn” zavodun 20 min əməkdaşının COVID-19-a yoluxduğu bildirib.

 

Ekspertlərin fikrincə, mövcud vəziyyət dünya bazarlarında “iPhone” qıtlığı yarada bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?