Modern.az

DTX Naxçıvanda daha bir əməliyyata BAŞLADI

DTX Naxçıvanda daha bir əməliyyata BAŞLADI

Aktual

29 Noyabr 2022, 09:56

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Axar.az-a əslən Naxçıvandan olan ekspert Heydər Oğuz bildirib.

 

Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?