Modern.az

Qanunsuz ov edənlər tutuldu

Qanunsuz ov edənlər tutuldu

Aktual

29 Noyabr 2022, 10:04

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.

 

Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri M.Vəliyev, Ə.Məmmədov və S.Hüseynov Yuxarı Aran kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub.

 

Həmin şəxslərdən 3 ədəd ov tüfəngi, ovladıqları çöl heyvanları və quşları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin şöbə əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə cari il ərzində 31 qanunsuz ov silahı aşkar edilərək götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?