"Son vaxtlar Rusiya sülhməramlılarının Azərbaycan toponimlərini dəyişdirdiyini görürük. Hansi səbəbdən bunu edirlər?"
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.
O, Rusiya parlamentinə müraciət ediləcəyini diqqətə çatdırıb.
“Sülhməramlılar görünür ki, öz prezidentlərinin imzaladığı sənədi saymırlar, hörmətsiz yanaşırlar. Bununla bağlı Biz Rusiya Dövlət Dumasının regional məsələlər komitəsinə və Müdafiə Nazirliyinə müraciət edəcəyik. Ermənilər tərəfindən 1000-dən artıq toponimimiz dəyişdirilib. Əgər onlar öz funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. Bizə separatçılar lazım deyil, işlərini görə bilmirlərsə, getsinlər”, - deyə deputat vurğulayıb.