Modern.az

“Sədrin həyat yoldaşı deyir ki, get işinlə məşğul ol!” - Deputat

“Sədrin həyat yoldaşı deyir ki, get işinlə məşğul ol!” - Deputat

Aktual

29 Noyabr 2022, 15:04

"Bundan öncə dediyim kimi, elə adam tanıyıram ki, cibində beş partiyanın vəsiqəsini daşıyır".

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev bildirib.

 

O, çıxışı zamanı bəzi siyasi partiyaların fəaliyyətini tənqid edib.

 

“Partiya sədri tanıyıram ki, partiyasının möhürünü hara qoyub bilmir. Eyni zamanda elə partiya var ki, hətta sədrin həyat yoldaşı da o partiyanı tanımır ki, get işinlə məşğul ol. Hər kəs partiya qurur, bu, ciddi məsələdir, amma öz tanışları da onları ciddiyə almır. Elə partiyalar var ki, hətta adında hərflərin sayı üzvlərindən çoxdur. Partiya məsələsi üçün tərəfdaşlar lazımdır, bu məsələni ciddiyə ala bilmirsənsə, üzv toplaya bilmirsənsə, bir az adam yığ futbol komandası yarat”, - deyə deputat vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?