“Belə bir deyim var ki, dünyada heç nə əbədi deyil. Amma mən deyərdim ki, əbədi olan var”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov bildirib.
“Əbədi olmayan şey dəyişikliklərdir. Bu gün qanunlarda dəyişiklər də bunu göstərir. Bu ilin sentyabrından sonra dünyanın qarşısında başqa Azərbaycan var. Dünyada baş verən hadisələr fonunda Azərbaycan da çox dəyişib, Azərbaycan təkcə özü dəyişməyib, dünyanı da dəyişdirib. Artıq dünyanın gündəmində güclü Azərbaycan var. Bu qanun da bizim üçün əhəmiyyətlidir. Qanun layihəsi beynəlxalq hüquqlara tam cavab verir”, - deyə deputat çıxışında vurğulayıb.