Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmayan halların siyahısı artırılacaq.
Modern.az xəbər verir ki, bu barədə Miqrasiya Məcəlləsinə dəyişiklik təklif edilib.
Dəyişikliklə Ələt iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə iş icazəsinin alınması tələb olunmayacaq.
Layihəyə əsasən, Ələt Azad İqtisadi Zonasında fəaliyyət üçün Ələt İqtisadi Zonasının səlahiyyətli qurumunun, inzibati müəsisələrinin və ya hüquqi şəxslərinin vəsatəti əsasında əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə işgüzar səfər vizası veriləcək.
Ələt İqtisadi zonasının hüquqi şəxslərinin təsisçilərinin, işçilərinin və ya həmin zonada müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə isə şəxsi səfər vizası veriləcək.