Modern.az

Azercell 4G Naxçıvanda!

Azercell 4G Naxçıvanda!

Aktual

19 Yanvar 2023, 17:18

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir

 

“Azercell Telekom” MMC şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi çərçivəsində Naxçıvanda 4G şəbəkəsinin quraşdırılmasına start verib. Lider mobil operator 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasının bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır. 

 

Xatırladaq ki, ötən ilin avqust ayında Azercell şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı layihəyə start verib.  Şirkət 2022-ci il ərzində Bakı və Abşeron ərazisində 55, bölgələrdə isə 50 yeni baza stansiyasını quraşdırıb, ölkə üzrə 1050-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran lider operator Qarabağda 100-ə yaxın baza stansiyasını istifadəyə verib. 

 

Qeyd edək ki, layihə çərçivəsində Azercell Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasında təkmilləşdirmə işləri aparmağı planlaşdırır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?