Azərbaycanda lombardlarla əlaqədar olaraq maraq kifayət qədər böyükdür. Amma biz lombardların sayını belə bilmirik.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib.
“Biz bunu tənzimləmək üçün “Lombardlar haqqında” qanun layihəsini qəbul etməliyik. Amma bildirim ki, buna görə də müəyyən təzyiqlər var. İstəmirlər ki, qanun qəbul olunsun. Lakin qanunun qəbulu və lisenziyaların verilməsi ilə problem öz həllini tapacaq”, - deyə deputat bildirib.