Modern.az

Sponsorların vergidən azad olunması təklif edilir

Sponsorların vergidən azad olunması təklif edilir

Aktual

25 Yanvar 2023, 11:45

Özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəyirlər, amma burada vergi məsələsinə görə ciddi tərəddüdlər var.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Elnur Allahverdiyev bildirib.

 

“Bununla bağlı işləməliyik. Sponsorların göstərdiyi maddi dəstəyin vergidən azad olunması məsələsini müzakirə etməliyik. Vergilərdə hər hansı güzəştin olması qeyd olunmalıdır”.

 

Komitə sədri Adil Əliyev də bu kimi problemlərin olduğunu bildirib: “Bildirim ki, ölkədə idmançılara və gənclərə dəstək mədəniyyəti o qədər də inkişaf etməyib. Şirkət belə bir dəstək vermək istəyirsə, təbii ki, müəyyən hallarda vergidən azad olunmaq istəyir”.

Gənclər və idman komitəsi iclasa toplaşdı
Bu xəbər ilə bağlı
Gənclər və idman komitəsi iclasa toplaşdı
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır