Modern.az

İcbari tibbi sığortada müştərək maliyyələşmə gələn ilə qaldı

İcbari tibbi sığortada müştərək maliyyələşmə gələn ilə qaldı

Aktual

25 Yanvar 2023, 12:12

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin müddəti 2024-cü il yanvarın 1-nə qədər təxirə salınır.

 

Modern.az xəbər verir ki, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi təklif olunub.

 

Bildirilib ki, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

 

Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

 

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir