Modern.az

Səfirlikdə yaralanan şəxslərin vəziyyəti necədir? - RƏSMİ

Səfirlikdə yaralanan şəxslərin vəziyyəti necədir? - RƏSMİ

Aktual

27 Yanvar 2023, 11:35

“İrandakı səfirliyimizə hücum zamanı yaralanan şəxslərin vəziyyəti qənaətbəxşdir”.  

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

 

Onun sözlərinə görə, yaralanan şəxslərin vəziyyəti qənaətbəxşdir: “Diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür və gücləndirilir”.  

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

 

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir