“Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qınayıram".
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin hakim AK Partiyanın sədr müavini Binəli Yıldırım "Twitter" hesabında yazıb.
O, Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu pisləyib: "Hücumda şəhid olan qardaşımıza Allahdan rəhmət, Can Azərbaycana başsağlığı və yaralılara təcili şəfalar diləyirəm”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.